YAXŞILIQ MI, YOXSA MÜDAXİLƏ Mİ?
YAXŞILIQ MI, YOXSA MÜDAXİLƏ Mİ? Bəzən kiməsə kömək etdiyimizi, onun üçün yaxşılıq etdiyimizi düşünürük. Amma harada yaxşılıq bitir, müdaxilə başlayır? Başqasının həyatına qarışmaqla ona dəstək olmaq arasındakı sərhədi necə ayırd edə bilərik? — Kömək etmək istədiyimiz zaman qarşı tərəfin həqiqətən köməyə ehtiyacı varmı? — Onun problemini həll etməyə çalışarkən öz sərhədimizi keçmirikmi? — “Mən sənin yaxşılığını istəyirəm” cümləsinin arxasında bəzən nə dayanır? — Başqasının seçimlərinə hörmət etmək nə deməkdir? — Yaxşılıq etmək ilə məsuliyyəti öz üzərinə götürmək arasındakı fərq nədir? Bəzən sevgi ilə etdiyimizi düşündüyümüz bir davranış qarşı tərəfin öz yolunu, seçimini və təcrübəsini yaşamasına mane ola bilər. Bu seminar öz davranışlarına daha şüurlu baxmaq, dəstək olmaqla müdaxilə etmək arasındakı sərhəqi görmək və münasibətlərdə daha sağlam mövqe formalaşdırmaq üçün bir düşünmə və fərqindəlik məkanıdır.